یادیندادى نه هؤولهَ سَک قاچاردیم؟ Yadındadı nə hövləsək qaçardım? قوشلار تکین قاناد چالیب اوچاردیم. Quşlar təkin qanad çalıb uçardım.
شنگول آوا یوردو، عاشیق آلماسى Şəngülava yurdu aşıq alması گاهدان گئدیب اوردا قوناق قالماسى Gahdan gedib orda qonaq qalması داش آتماسى، آلما - هیوا سالماسى Daş atması, alma - heyva salması
قالیب شیرین یوخو کیمی یادیمدا Qalıb şirin yuxu kimi yadımda اثر قویوب روحومدا، هر زادیمدا. Əsər qoyub ruhumda, hər zadımda.
حیدربابا، قورو گؤلون قازلارى Heydərbaba, Quru gölün qazları گدیکلرین سازاخ چالان سازلارى Gədiklərin sazax çalan sazları کَند - کؤوشنین پاییزلارى، یازلارى Kənd - kövşənin payızları, yazları
بیر سینما پرده سى دیر گؤزومده Bir sinəma pərdəsidir gözümdə تک اوتوروب سئیر ائدرم اؤزومده. Tək oturub seyr edərəm özümdə.
حیدربابا، قاراچمن جادداسى Heydərbaba, Qaraçəmən caddası چوووشلارین گَلر سسى، صداسى Çovuşların gələr səsi sədası کربلایا گئدنلرین قاداسى Kərbəlaya gedənlərin qadası
دوشسون بو آج یولسوزلارین گؤزونه Düşsün bu ac yolsuzların gözünə تمدّونون اویدوق یالان سؤزونه. Təməddünün uyduq yalan sözünə.
حیدربابا، شیطان بیزى آزدیریب Heydərbaba, şeytan bizi azdırıb محبّتى اورکلردن قازدیریب Məhəbbəti ürəklərdən qazdırıb قارا گونون سرنوشتین یازدیریب Qara günün sərneviştin yazdırıb
سالیب خلقى بیر- بیرینین جانینا Salıb xalqı bir-birinin canına باریشیغى بلشدیریب قانینا. Barışığı bələşdirib qanına.
گؤز یاشینا باخان اولسا، قان آخماز Göz yaşına baxan olsa, qan axmaz انسان اولان خنجر بئلینه تاخماز İnsan olan xəncər belinə taxmaz امّا حئییف، کور توتدوغون بوراخماز Amma heyif, kor tutduğun buraxmaz
بهشتیمیز جهنّم اولماقدادیر Behiştimiz cəhənnəm olmaqdadır ذى حجّه میز محرّم اولماقدادیر. Zihəccəmiz məhərrəm olmaqdadır.
خزان یئلى یارپاقلارى تؤکنده Xəzan yeli yarpaqları tökəndə بولود داغدان یئنیب کنده چؤکنده Bulud dağdan yenib kəndə çökəndə شیخ الاسلام گؤزل سسین چکنده Şeyxulislam gözəl səsin çəkəndə
نیسگیللى سؤز اورکلره دَیردى Nisgilli söz ürəklərə deyərdi آغاجلار دا آللاها باش اَیردى. Ağaclar da allaha baş əyərdi.
داشلى بولاق داش - قومونان دولماسین Daşlı bulaq daş - qumunan dolmasın باخچالارى سارالماسین، سولماسین Baxçaları saralmasın, solmasın اوردان کئچن آتلى سوسوز اولماسین Ordan keçən atlı susuz olmasın
دئینه بولاق، خیرین اولسون، آخارسان Deynə bulaq, xeyrin olsun, axarsan افقلره خُمار- خُمار باخارسان. Üfüqlərə xumar - xumar baxarsan.
حیدر بابا، داغین، داشین سره سى Heydərbaba, dağın, daşın sərəsi کهلیک اوخور، دالیسیندا فره سى Kəhlik oxur, dalısında fərəsi قوزولارین آغى، بوزو، قره سى Quzuların ağı, bozu, qərəsi |